"Qarabağ" Moldovaya yollandı

Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə görüşəcək “Qarabağ”  bu gün Moldovaya yola düşüb.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu Bakı-Kişnyov reysi ilə səfərə çıxıb.

Sabah “Şerif” stadionunda “Qarabağ”ın oyunöncəsi son məqşi olacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.