"Qarabağ" mövqeyini qorudu: REYTİNQ

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ" mövqeyini qoruyur.

Ağdam klubu 20.500 xalla BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) 73-ci pilləyə şərikdir.

Digər klublarımızın da mövqeyi dəyişməyib. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-256-cı yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik “Real” başçılıq edir.