"Qarabağ" mövqeyini yaxşılaşdırdı

Dünyanın ən güclü klublarının reytinqi  açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan klublarından ən yaxşı nəticə “Qarabağ”dadır. Ölkə çempionu 1169 xalla 541-ci yerdə qərarlaşıb. “Qarabağ” ötənaykı siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

 “Keşlə” 781-ci, “Qəbələ” 822-ci, “Zirə” 844-cü yerdədir. 

Siyahıya İspaniyanın “Real” klubu başçılıq edir. Kral klubunun aktivində 17500 xal var.  “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədədir.