"Qarabağ" - "Neftçi" görüşündə üç qol

Bu gün «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində 2 oyun keçirilib.

Sportline.az xəbər verir ki, "A"qrupunda yer alan komandalar mübarizəyə qoşuldular.

"Qarabağ" - "Neftçi" 0:3

Qollar: Ağadadaş Salyanski, 32; Kənan Tağızadə, 42; Bahadur Quliyev, 62.

 

"Vətən" - "Neftçi" İK İB 0:0.

 

Sabah "B" qrupunda 2-ci turun oyunları keçiriləcək.

16:15 "Zirə" - "Səbail"

17:45 "Keşlə" - "Sumqayıt"

 

Xatırladaq ki, bu qrupda 1-ci turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

«Zirə» - "Sumqayıt" 3:1

"Keşlə" - "Səbail" 1:1

Turnirin qrup oyunları «Neftçi Baza»da keçirilir.