"Qarabağ" - "Neftçi" matçının vaxtı açıqlandı

Topaz Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlanıb.

SportLine.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun oyunları iki günü əhatə edəcək. Bütün görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

25 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah”
"Dalğa Arena"

26 avqust (bazar)

18:00. “Keşlə” – “Səbail”
“ASK Arena”

20:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”