"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışa çıxarılır

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununun biletləri satışa çıxarılır. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər biletləri sabahdan etibarən aşağıda əldə edə bilər.

İyulun 18-də keçiriləcək matçın biletləri həm satış məntəqələrində, həm də onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.