"Qarabağ" "Qəbələ"ni məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 5-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. 4 oyuna cəmi 4 xal toplayan "qırmızı-qaralar" çətin səfər görüşündə azarkeşlərini sevindirməyə çalışacaqlar. Ağdam təmsilçisi də meydana qələbə üçün çıxacaq.

Saat 20:30-da başlanacaq görüşü Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


23 sentyabr 2018
TPL, 5-ci tur

"Qarabağ” – "Qəbələ” - 4:1
QOLLAR:
Abdullah Zubir, 30 (1:0); Araz Abdullayev, 45+2 (2:0); Con Delarj, 61 (3:0); Abdullah Zubir, 72 (4:0); Rasim Ramaldanov, 90 (4:1)
QIRMIZI VƏRƏQƏ: Təmkin Xəlilzadə, 90+2 ("Qəbələ")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
"Azersun Arena”

Standings provided by Sofascore LiveScore