"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Borisovda BATE-nin qonağı olacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibinə məğlub olan "köhlən atlar" revanş arzusundadırlar. Mərhələ adlamaq üçün Qurban Qurbanovun komandası mütləq qol vurmalıdır. Belarus çempionunu isə istənilən hesablı heç-heçə də qane edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.


14 avqust 2018
Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunu)

BATE (Borisov, Belarus) - "Qarabağ" (Ağdam, Azərbaycan) - 1:1
QOLLAR: 
Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)

İlk oyun: 1:0
Baş hakim: Andris Treymanis
Yan xətt hakimləri: Haralds Qudermanis, Alekseys Spasyonnikovs
Dördüncü hakim: Aleksandrs Qolubevs