"Qarabağ" - "Samtredia" matçının başlama vaxtı məlumdur

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə keçirəcəyi ilk oyunun başlanma saatı məlumdur. Sportline.az klubun saytına istinadən xəbər verir ki, Gürcüstan təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. İyulun 11-də keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq. Qeyd edək ki, cavab görüşü iyulun 18-də Gürcüstanda olacaq.