"Qarabağ" - "Şerif" matçı ona həvalə olundu

 “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Sportline.az xəbər verir ki, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.

Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Xatırladaq ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti  saat 21:00-da səslənəcək. Cavab görüşü isə avqustun 1-də olacaq.