"Qarabağ" - "Şerif" oyunlarının başlanma saatı açıqlandı

"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” komandası ilə keçirəcəyi oyunların başlama saatları müəyyənləşib.

SportLine.az xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 23-də Tiraspolda "Şerif” İdman Kompleksinin stadionunda olacaq. Cavab qarşılaşması isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.