"Qarabağ" "Styaua"dan güclü oldu

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın "Styaua" klubu ilə qarşılaşıb. Görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

18:30. “Qarabağ” – “Styaua” - 2:0
Qollar: 
Dino Ndlovu, 26, Muarem Muarem, 59

Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib.