"Qarabağ"dan tarixi zəfər!

Bu gün UEFA Çempionlar Liqasında yoluna davam edəcək sonuncu beş komandanın adı müəyyənləşəcək.

SportLine.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da tarixində ilk dəfə qrup mərhələsinə yüksəlməyə yaxındır. Bunun üçün, "Kopenhagen"in qonağı olacaq Ağdam təmsilçisi uğurlu nəticəyə nail olmalıdır.

Doğma meydanda 1:0 hesablı qələbəyə sevinən Qurban Qurbanovun yetirmələrini istənilən heç-heçə və qollu, eləcə də, minimal hesablı məğlubiyyət qane edəcək.

Qeyd edək ki, "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.


23 avqust 2017
Çempionlar Liqası
"Pley-off", cavab oyunu

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
QOLLAR:
Federiko Santander, 45 (1:0); Dino Ndlovu, 63 (1:1); Pavloviç, 66 (2:1)

Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilya 
Kopenhagen. “Parken” stadionu