"Qarabağ" üçün "qızıl tur"un oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oyunlar həftənin iki günü olacaq. Aprelin 21-də lider "Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəlməklə ardıcıl 5-ci çempionluğunu təmin edəcək. Əks halda, Ağdam klubu turun son matçında "Qəbələ"nin "Neftçi" ilə oyunda xal itirməsini gözləməli olacaq. 

21 aprel (şənbə)

16:00. "Keşlə” – "Zirə”
"İnter Arena”

19:00. "Sumqayıt” – "Qarabağ”
"Kapital Bank Arena”

22 aprel (bazar)

17:00. "Səbail” – "Kəpəz”
"Bayıl Arena”

19:00. "Neftçi” – "Qəbələ”
"Bakcell Arena”