"Qarabağ" və "Zirə"nin 13-cü dueli

Bu həftə Topaz Premyer Liqasında I turdan təxirə salınan bir qarşılaşma keçiriləcək. Sentyabrın 26-da “Qarabağ” “Zirə”ni qəbul edəcək. SportLine.az xəbər verir ki, bu, komandalar arasında 13-cü duel olacaq.

İndiyə qədər keçirilən 12 oyunda Ağdam təmsilçisinin aşkar üstünlüyü nəzərə çarpır. Qarşılaşmaların 9-dan qalib ayrılan Ağdam təmsilçisi, 3 görüşdə heç-heçə ilə kifayətlənib. Hələ ki, "köhlən atlar" üzərində qələbəyə sevinə bilməyən "Zirə" tilsimi təxirə salınan görüşdə sındırmağa çalışacaq.

Top fərqində də "Qarabağ"ın üstünlüyü var: 21:4.

"Qarabağ"ın ən böyük hesablı qələbəsi ilk "Zirə" ilə ilk oyunda qeydə alınıb - 4:1. 

Komandaların oyunlarında ən məşhur hesab 2:0-dır. 6 oyun bu hesabla yekunlaşıb. 

Maraqlıdır ki, heç-heçə başa çatan görüşlərin heç birində qol vurulmayıb.

Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq görüşün start fiti saat 20:00-da səslənəcək.