"Qarabağ" - "Vorskla" matçının hakimləri açıqlandı

"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Vorskla”ya qarşı oyununun hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, oktybarın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş israilli hakimlərə həvalə olunub. Matçın baş hakimi Roi Reinşreiberdir. Danni Krasikou və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Amihay Yehoşua Mozes dördüncü, Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaqlar. 

Oyunun hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimierz Oleszekdir.

Qeyd edək ki, matç saat 20:55-də başlanacaq.