"Qarabağ" futbolçuları yağış altında məşq etdilər

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

SportLine.az xəbər verir ki, hazırlığın dördüncü günündə Ağdam klubu ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb. Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda çalışmalarını davam etdirib. Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.