"Qarabağ"a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Səbail” matçında qeydə alınan qayda pozuntusuna hüquqi qiymət verilib.

Ağdam təmsilçisinin heyətində protokolda adı qeyd olunmayan futbolçu (Abbas Hüseynov) iştirak  etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 8000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlə cəzalandırıb.