"Qarabağ"dan Bayraq Günü ilə bağlı xüsusi hazırlıq

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ" görüşündə Azərbaycan təmsilçisini dəstəkləmək üçün stadiona gələn azarkeşlər bayraqlarla təmin olunacaqlar. Bu barədə "Qarabağ" Futbol Klubunun mətbuat katibi Nurlan İbrahimov SportLine.az saytına bildirib. 

Məlumatda qeyd olunub ki, "Vorskla" stadionunda matçı canlı izləyəcək "Qarabağ" azarkeşlərinə Bayraq Günü münasibəti ilə Azərbaycan bayraqları hədiyyə ediləcək.

Ağdam təmsilçisini 400-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Vorskla" - "Qarabağ" matçı bu gecəyarısı başlanacaq.