"Qarabağ"dan "Palermo"ya 2 milyonluq təklif

"Qarabağ" "Palermo"nun futbolçusu Karluş Apna Embalo heyətində görmək niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə “Il Giornale di Sicilia” məlumat yayıb.

Xəbərdə Ağdam təmsilçisinin Qvineya-Bisau əsilli futbolçunu bir il müddətinə icarəyə götürmək, çıxışı qaneedici olarsa, birdəfəlik transfer etmək istədiyi bildirilib. "Qarabağ" bir illik icarə üçün 200 min avro, birdəfəlik transferə görə isə 2 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, hücumun sivri ucunda çıxış edən 22 yaşlı futbolçu ilə "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə, hələ ki, Embalonu göndərməkdə tələsmir.