"Qarabağ"dan şotland qapıçıya təklif

İbrahim Şehiçlə yolları ayıran "Qarabağ" qapıçı axtarışındadır.

Sportline.az xəbər verir ki, ölkə çempionu, şotlandiyalı Con Maklaflinin xidmətində maraqlıdır.  31 yaşlı futbolçuya 2 illik müqavilə təklif olunduğu bildirilir.

Qeyd edək ki, Maklaflinin son klubu Şotlandiyanın "Harts" olub. Bu ildən Şotlandiya millisinə dəvət alan qapıçı, Şotlandiyanın Meksikaya 0:1 hesabı ilə uduzduğu yoldaşlıq matçında debüt edib.