"Qarabağ" dünya reytinqində neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ən yaxşı klublarının siyahısını tərtib edib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan bu siyahıda üç klubla təmsil olunub.

Ən yaxşı nəticə "Qarabağ"ın aktivindədir. Ağdam klubu 136 xalla 93-cüdür. "Zirə" 72 xalla 296-cı, "Qəbələ" isə 65 xalla 353-cüdür.

Siyahıya 328 xalla Madrid "Real"ı başçılıq edir. "Qremio" 2-ci, "Mançester Yunayted" 3-cüdür.