"Qarabağ"ın futbolçuları hərbçilərlə görüşdülər

"Qarabağ" klubunun futbolçuları Qarabağ bölgəsinə səfər ediblər.

Sportline.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar. 

Futbolçular burada hərbi hissənin komandiri general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. 

"Qarabağ"ın futbolçuları hərbiçilərlə görüşdü - FOTOLAR
"Qarabağ"ın futbolçuları hərbiçilərlə görüşdü - FOTOLAR
"Qarabağ"ın futbolçuları hərbiçilərlə görüşdü - FOTOLAR