"Qarabağ"ın "Kukesi" ilə görüşlərinin vaxtı açıqlandı

Çempionlar Liqasının II tənifat mərhələsi çərçivəsində "Qarabağ" və "Kukesi" komandaları arasında keçiriləcək görüşlərin vaxtı müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu komandalar arasında ilk matç Albaniyada təşkil olunacaq. Cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

25 iyul 2018, 21:00 | "Kukesi" (Albaniya) - "Qarabağ" (Ağdam, Azərbaycan)

Cavab oyunu

01 avqust 2018, 21:00 | "Qarabağ" (Ağdam, Azərbaycan) - "Kukesi" (Albaniya)