"Qarabağ"ın növbəti məşqi

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandabu günü bir məşqlə yekunlaşdırıb. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürən hazırlıq fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib. 

Futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük verib.