"Qarabağ"ın oyunu canlı yayımlanacaq
"Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”ya (Sloveniya) qarşı cavab matçı canlı yayımlanacaq.
SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun “İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, görüş iyulun 18-i saat 21:00-da başlayacaq.