"Qarabağ"ın qapıçısı Fransaya qarşı oynadı

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson İslandiya millisində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, onun çıxış etdiyi komanda yoldaşlıq görüşündə Fransa ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

H.Halldorsson ikinci 45 dəqiqədə qapını qoruyub və qapısında iki top görüb.