"Qarabağ"ın rəqibi Bakıya itkilərlə gələcək

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq  “Sportinq”  Bakıya itkilərlə gələcək.

Sportline.az xəbər verir ki, Markos Akunya və Jeremi Matyö portuqaliyalıların heyətindən kənarda qalacaq.Bu futbolçular “Arsenal”la oyunda (0:0) cəzalandırılıblar.

Qeyd edək ki, Matyö birbaşa qırmızı vərəqə, Akunya isə qrup mərhələsində 3-cü “sarı” aldığı üçün cəzalıdır.

Xatırladaq ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlanacaq. Rəqiblərin Lissabondakı görüşü 2-0  hesabı ilə nəticələnmişdi.