"Qarabağ"ın rəqibi Kiyev "Dinamo"suna uduzdu

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Vorskla" Ukrayna çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Kiyev "Dinamo"su olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Vorskla" qarşıdakı həftə Avropa Liqasının 3-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.