"Qarabağ"ın rəqibi maliyyə problemi ilə üzləşdi

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Vorskla"da maliyyə problemləri yaşanır. SportLine.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Poltava təmsilçisinin qapıçısı Boqdan Şust klub rəhbərliyindən şikayətlənib. "Beş ayın maaşını, yaxud da bizə olan borcun yarısını ödədilər, - deyən futbolçu, "Nə qədər qaldığına baxmaq lazımdır. Amma ən yaxşısı bu sualı rəhbərliyə verməkdir. Avrokuboklara vəsiqə qazandığımız müəyyən məbləğ aldıq. Amma bəzi aylardan rəhbərliyin bizə borcu qalıb. Bildirildi ki, bunun üzərində iş gedir", - deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.