"Qarabağ"ın rəqibi Özilə elçi düşdü

Cari mövsüm, xüsusilə Çempionlar Liqasında çətinliklə üzləşən Madrid "Atletiko"su qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az "The Sun"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özili transfer etmək istəyir.

La Liqa klubu futbolçuya həftəlik 200 min funt-sterlinq ödəməyə hazırdır. 

Qeyd edək ki, "Arsenal" mövsümün sonunda müqaviləsi başa çatacaq Məsut Özili yanvar ayında satmaq barədə düşünür. Onunla yanaşı, Aleksis Sançez də qış transfer pəncərəsində komandadan ayrıla bilər.