"Qarabağ"ın sabiq forvardı yeni klubunda fərqlənib

“Qarabağ”dan Çinin “Zeyanq Qrintaun” klubuna transfer olunan Dino Ndlovu yeni komandasında ilk qolunu vurub.

Sportline.az xəbər verir ki,  Cənubi afrikalı hücumçu “Shenzhen Airlines Cup” turnirinin finalında “Zeyanq Yitenq”lə görüşdə hesabı açıb. Sonradan daha 2 qol vuran “Zeyanq Qrintaun” turnirin qalibi olub.

Qeyd edək ki, Ndlovu qış fasiləsində 750 min avro qarşılığında “Qarabağ”dan Çin klubuna keçib