"Qarabağ"la oyun öncəsi "Roma"da itki

UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq "Roma" itki ilə üzləşib.

SportLine.az xəbər verir ki, İtaliya A Seriyasının son turunda "Udineze" ilə görüşdə zədələnən Dieqo Perotti komandadan ayrı düşüb. 29 yaşlı futbolçunun, təqribən, iki həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Bu isə o deməkdir ki, D.Perotti "Qarabağ"la oyunda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də Bakıda keçiriləcək.