"Qarabağ"lılar əsgərlərlə futbol oynayıblar

Xəbər verdiyimiz kimi, mayın 17-də “Qarabağ”ın 5 futbolçusu - Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev cəbhə bölgəsində olub.

Sportline.az xəbər verir ki, Ağdamda yerləşən N saylı hərbi hissədə olan futbolçular əsgərlərlə futbol oynayıb.