Qaret Beyl "Mançester Yunayted"lə bağlı məsələyə aydınlıq gətirdi

Madrid "Real"ının hücumçusu Qaret Beyl mövsümün sonunda "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, uelsli futbolçu özünü İspaniyada xoşbəxt hesab edir:

"Madriddə hər şey mənim üçün yaxşıdır. Hər bir futbolçunun xəyallarında olan bir komandada oynayıram. Başqa kluba keçmək fikrim yoxdur. "Mançester Yunayted" və digər klublarla razılığa gəlməyimlə bağlı yayılan xəbərlər əsassızdır. Nə mənə, nə də klubuna transferlə bağlı rəsmi müraciət olunub. İşlər qaydasında getsə, növbəti mövsümdə də "Real"da olacağam".

Qedy edək ki, 28 yaşlı futbolçu 2013-cü ildə "Tottenhem"dən "Real"a transfer edilib.