Qazaxıstan - Azərbaycan duelinin hakimləri müəyyənləşdi

Qazaxıstan və Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Moldovadan olan briqadaya həvalə olunub.

Matçda ədaləti Aleksandr Tyan qoruyacaq. Andrey Bodyan və Viktor Mardari yan xətt, Dmitri Muntyan isə dördüncü hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, iyunun 5-i "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.