"Qəbələ" 26 futbolçu sifariş etdi

"Qəbələ” klubu 2018/2019 mövsümündə Topaz Premyer Liqasında iştirak üçün 26 futbolçu sifariş edib.

SportLine.az xəbər verir ki, bunlardan 4-ü qapıçı, 7-i müdafiəçi, 12-i yarımmüdafiəçi, 3-ü isə hücumçudur. Onlardan 6-sı əcnəbidir.

Qapıçılar: 25. Əhməd Zülfüqarlı, 35. Murad Popov, 22. Dmitri Bezotosnı (Ukrayna) 30. Aqil Məmmədov

Müdafiəçilər: 2. Amin Seydiyev, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov,  3. Voislav Stankoviç (Serbiya) 34. ÜrfanAbbasov, 18. İlqar Qurbanov

Yarımmüdafiəçilər: 79. Əli Sadıxov, 99. Abbas Ağazadə, Abbas Elçin, 7. Roman Hüseynov, 29. HacıağaHacılı, 17. Lalavele Atakora (Toqo), 21. Ceyms Adeniyi (Nigeriya), 88. Sabyen  Lilay (Albaniya), 14. Cavid Hüseynov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə

Hücumçular: 77. Samir Qurbanov, 10. Rauf  Əliyev, 28. Stiven Jozef-Monroz (Fransa)

Qeyd edək ki, "Qəbələ” avqustun 12-də Premyer Liqanın I turu çərçivəsində "Səbail”i qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq.