"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Bolqarıstan çempionu - "Ludoqorets" olacaq.

Qeyd edək ki, bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşmış “qırmızı qaralar” hər oyun bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə üz-üzə gəlib. 


22 iyun 2017
Yoldaşlıq görüşü

“Qəbələ” – “Ludoqorets” - 0:2
QOLLAR: 
Joao Paulo; Codi Lukoki