“Qəbələ” Lüksemburqa yollanır

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Proqres”in qonağı olacaq “Qəbələ” Lüksemburq səfərinə hazırlaşır. SportLine.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” bu gün gecə saatlarında matçın keçiriləcəyi Differdanj şəhərinə yola düşəcək.

Sabah səhər Lüksemburqa çatacaq komanda “Hilton” otelində məskunlaşacaq. “Qəbələ”nin səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

“Proqres” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Qeyd edək ki, “Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da “Munisipal” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə 21:30-da başlayacaq.