"Qəbələ" mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qəbələ" cavab oyununa səfərdə çıxacaq. Rəqib Lüksemburqun "Proqres" kollektivi olacaq.

Doğma meydanda məğlub olan "Qəbələ" cavab matçında bəraət qazanmağa çalışacaq. "Qırmızı-qaralar" növbəti mərhələyə adlamaq üçün rəqib qapısından, ən azı, üç top keçirməlidirlər.

Bakı vaxtı ilə saat 21:30-da start götürəcək qarışlaşmanı Şimali İrlandiyadan Keyt Kennedi idarə edəcək.


19 iyul 2018
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) - 0:1
QOL:
Stiven Jozef-Monroz, 28 (0:1)

Baş hakim: Keyt Kennedi
Baş hakimin köməkçiləri: Stefen Donaldson, Kristian Fransis Hanna
Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Differdanj. Şəhər Munisipal stadionu
İlk oyun – 2:0