"Qəbələ" - "Şerif" matçının vaxtı açıqlandı

"Qəbələ"nin UEFA Gənclər Liqasında Moldova "Şerif"i ilə keçirəcəyi ilk görüşün başlama saatı açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı oktyabrın 24-də Tiraspolda olacaq.