“Qəbələ” “Sumqayıt”la oyuna hazırlaşır

“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyun üçün hazırlığa start verib.

SportLine.az xəbər verir ki, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la oktyabrın 27-də keçiriləcək görüşün hazırlığına başlayıb. “Qəbələ” “Bakı”nın təlim-məşq bazasında məşq edib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, 9-cu turun oktyabrın 27-də keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı “Dalğa Arena”da baş tutacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.