"Qəbələ" üçün "bürünc" imkanı

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turnirində qrup mərhələsi başa çatıb. SportLine.az xəbər verir ki, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası növbəti oyununa çıxıb.

“Qırmızı-qaralar” 3 qələbə və 1 məğlubiyyətlə qrupdan ikinci kimi final mərhələsinə çıxmağı bacarıb:

"Qəbələ" - "Riqa" 3:2

"Qəbələ" - "Legion" 0:4

"Qəbələ" - "Jalgiris" 2:1

"Qəbələ" - "Minsk" 1:0 

Beləliklə, 4 oyunda 3 qələbə qazanan komanda bürünc medal uğrunda oyunda Minsk "Dinamo"su ilə qarşılaşacaq.