"Qəbələ"dən qolsuz heç-heçə

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Qazaxıstanın "Ordabaşı" klubu olub. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.
Yoxlama oyunu