"Qəbələ"li oynadı, "Qarabağ"lı ehtiyatda qaldı

DÇ-2018-in Avropa zonası üzrə təsnifat mərhələsində növbəti görüşlər keçirilir. SportLine.az xəbər verir ki, "Qəbələ" və "Qarabağ"ın üzvlərinin şərəfini qoruduğu Estoniya və Bosniya-Herseqovina milliləri də növbəti oyunlarına çıxıb.

"Radarlar"ın hücumçusu - Sergey Zenyov Kipr - Estoniya matçında qonaqların start heyətində meydana daxil olub. Futbolçu 79-cu dəqiqədə əvəzlənib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

"Köhlən atlar"ın qapıçısı - İbrahim Şehiç isə Bosniya-Herseqovina - Cəbəllütariq oyununu ehtiyat oyunçular skamyasından izləyib. Matç birincilərin qələbəsi ilə bitib - 5:0.