"Qəbələ"nin futbolçusu Çexiya klubunda
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
SportLine.az xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə məlumat yayıb. O, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. Gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın “Slaviya" (Praqa) klubunda çıxış edəcək.
Qeyd edək ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdur. O, Portuqaliya "Sportinq"inin B komandasında çıxış edir.