"Qəbələ"nin futbolçusu oynadı, Toqo səfərdə 3 xal qazandı

"Qəbələ"nin futbolçusu Lalavele Atakoranın şərəfini qoruduğu Toqo seçməsi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Qambiya kollektivi olub.

Toqo millisi səfərdə keçirilən görüşdə qələbə qazanıb - 1:0.

L.Atakora 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, hesabında 5 xal olan Toqo seçməsi qrupun 3-cü pilləsində qərarlaşıb. Onlar Əlcəzair və Benindən 2 xal geri qalır.