"Qəbələ"nin futbolçusu rəsmən Qazaxıstanda

"Qəbələ"dən ayrılan Nika Kvekveskiri "Tobol"la münasibətləri rəsmiləşdirib. SportLine.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi gələn mövsümdən Qazaxıstan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Tobol"a azad agent statusu ilə keçib. O, növbəti 1,5 ildə Qazaxıstan təmsilçisinin şərəfini qoruyacaq.