"Qəbələ"nin sabiq futbolçusu özünə yeni iş yeri tapdı

"Qəbələ"də çıxış etmiş Aleksey Antonovun yeni klubu müəyyənləşib.

SportLine.az xəbər verir ki, ukraynalı hücumçu karyerasını Latviyada davam etdirəcək. O, "Ventspils" klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ”də oynayıb. 31 yaşlı hücumçu "qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib və 8 dəfə fərqlənib .