Qərb konfransında finalçılar müəyyənləşdi

Milli Basketbol Assosiasiyasının çempionatında qərb konfransının finalçıları müəyyənləşib. SportLine.az xəbər verir ki, pley-off seriyasını qalib bitirən "Qolden Steyt Uarriors" və "Hyuston Rokets" adını finala yazdırıb.

"Hyuston Rokets" "Yuta Caz"ı seriyanın son görüşündə 112:102 hesabı ilə üstələyib. Ümumi nəticədə 4:1 hesablı qələbə qazanan "Hyuston Rokets" yoluna davam edir.

Bu komandanın finaldakı rəqibi "Qolden Steyt Uarriors" isə "Nyu Orlean Pelikans"ı 113:104 hesabı ilə məğlub edib və seriyadakı vəziyyəti 4:1-ə çatdırıb.